Evlərdən oğurluq edən şəxslər tutuldular

19 марта 2017 14:14

Day.Az представляет новость на азербайджанском языке.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Tapdıq İbrahimovun və Amil Əzimovun digər cinayət əməlləri də müəyyən edilib.

Milli.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, T.İbrahimov və A.Əzimovun ətrafında Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların fevralın 4-dən 28-dək olan müddətdə şəhər ərazisindəki daha 5 evdən pul, qızıl və gümüş əşyalar oğurlaması da müəyyən edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.