Almaniyada müsəlmanlara qarşı İYRƏNC ADDIM

19 марта 2017 19:03

Day.Az представляет новость на азербайджанском языке.

Almaniyanın Bremen əyalətinə bağlı Bremerhaven şəhərində məscidə donuz qulağı və ayağı atılıb.

Milli.Az axar.az istinadən xəbər verir ki, ötən gün gecə saatlarında Yeni Fateh Məscidinə atılan donuz qulağı və ayağı müsəlmanları şoka salıb.

Minarəsi və günbəzi olan, bu səbəbdən Bremerhaven şəhərində diqqət çəkən məscidə kimlərin və nə üçün belə bir hücum təşkil etdiyi araşdırılır.

Sosial media üzərindən məsələyə münasibət bildirən məscid rəhbərliyi hücumu şiddətli şəkildə qınadıqlarını, polisdən dərhal həmin şəxslərin tutulmasını istədiklərini bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.