“Qəbələ”: Bir oyuna iki yubiley

19 марта 2017 21:00

Azərbaycan Premyer Liqasının XXIII turu "Qəbələ"də iki əlamətdar hadisə ilə diqqət çəkib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, AZAL-la səfər qarşılaşması (1:1) "qırmızı-qaralar"ın qapıçısı Dmitri Bezotosnı üçün yubiley oyunu olub.

Ukraynalı qolkiper komandanın heyətində 100-cü matçı keçirib. 2015-ci ilin yanvarından "Qəbələ"də çıxış edən Bezotosnı çempionatda 66, avrokuboklarda 26, ölkə kubokunda 8 matç keçirib. Bu müddətdə 76 qol buraxan legioner klub tarixində 100 və daha çox oyun keçirən 6-cı futbolçu olub. Onadək Dodo, Ürfan Abbasov, Viktor Mendi, Samir Zərgərov və Rafael Santos bunu bacarmışdı. Dmitri 100-cü matça çıxmaqla "Qəbələ"də ən çox matç keçirən qapıçı ünvanına da yiyələnib. AZAL-la görüşədək Bezotosnı Pavel Doroşevlə eyni sayda - 99 oyun keçirmişdi.