Gəncədə 7 otaqlı ev yandı

Gəncədə yanğın hadisəsi qeydə alınıb.
 
Milli.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus taxta konstruksiyalardan ibarət birmərtəbəli ümumi sahəsi 190 m2 olan 7 otaqlı evin 2 otağı və ev əşyaları 40 m2 sahədə yanıb.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.