Bakıda sərxoş piyadanı maşın vurdu

Day.Az представляет новость на азербайджанском языке

Bakıda kafedən sərxoş vəziyyətdə çıxan 35 yaşlı kişini avtomobil vurub.

Day.Az report.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Sabunçu qəsəbəsində yerləşən "Emin" kafesindən çıxan 1982-ci il təvəllüdlü Ramin Murxuda oğlu Tosovu naməlum avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb. R.Tosov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, R.Tosovun sağ ayağı sınıb və o, əməliyyat olunub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.