Ermənistanın Rusiya ilə quru əlaqəsi KƏSİLDİ

Day.Az представляет новость на азербайджанском языке

Gürcüstanı və Ermənistanı Şimali Osetiya üzərindən Rusiyaya birləşdirən yuxarı Lars aşırımında bütün növ nəqliyyat üçün hər iki istiqamətə hərəkət dayandırılıb.

Day.Az virtualaz.org-a istinadən bildirir ki, buna səbəb qar uçqunu təhlükəsinin yaranmasıdır. Gürcüstan DİN bildirib ki, hərəkətin nə zaman bərpa ediləcəyi məlum deyil. Hazırda Yuxarı Lars keçidində Rusiya tərəfdən 100-ə yaxın yük maşını qalıb. Onların əksəriyyəti Ermənistana yük daşıyan maşınlardır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.