Ebru Gündeş Hadisəyə belə dəstək oldu

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Ebru Gündeş "O səs Türkiyə"nin finalından bir gün əvvəl məkanlardan birində konsert verib.

Day.Az axşam.az-a istinadən bildirir ki, onu dinləməyə gələnlər arasında həmkarı Hadisə də olub. Ebru Hadisəyə "Mənim gözəl ürəkli dostum" deyərək onun "O səs Türkiyə"də heç birinci olmadığını xatırladıb və səs istəyib:

"Mənim üçün bütün münsif dostlarım dəyərlidir, amma Acunun (İlıcalı-red.) dilindən düşmək üçün bu il Hadisənin iştirakçılarına səs verin. Səni sonuna qədər dəstəkləyirik".

Qeyd edək ki, gecə bitən finalda Hadisənin komandasında yer alan Dodan birinci olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.