Bakıda "London taksisi" ölümə səbəb oldu

Day.Az представляет новость на азербайджанском языке

Bakı şəhərində "London taksisi" piyadanı vuraraq öldürüb.

Day.Az report.az-a istinadən bildirir ki, Xətai rayonunun X.Rüstəmov küçəsində Ağdam rayon sakini Ruslan Nuriyev idarə etdiyi "London Taksi"si avtomobili ilə yolu keçən paytaxt sakini Hüseyn Qafarovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Xətai Rayon Polis İdarəsi (RPİ) tərəfindən faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.