"Bu hələ başlanğıcdır" - Aygün yoqaya başladı

20 марта 2017 13:07

Day.Az представляет новость на азербайджанском языке

Yaradıcılığının 30 illik yubileyinə xüsusi olaraq hazırlaşan xalq artisti Aygün Kazımova konsert üçün yoqa dərslərinə başlayıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni social şəbəkədə foto paylaşaraq hər gün 6 saat yoqa ilə məşğul olduğunu deyib.

"Hazırlıqlar davam edir. Yoqa dərslərinə başlamışıq. Hər gün saat 10:00-dan 16:00-a kimi ancaq özümü daxilən və xaricən hazırlayıram. Sağlamlığım və gözəlliyim çox vacibdir.

Yəqin ki, yavaş-yavaş son şəkillərimdən dəyişiklik hiss edirsiniz. Bu hələ başlanğıcdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.