"Galatasaray"dan istefa xəbəri

Day.Az представляет новость на азербайджанском языке

Bu mövsüm qeyri-stabil çıxış edən "Galatasaray"dan istefa xəbəri var.

Day.Az goal.az-a istinadən xəbər verir ki, klubun idman direktoru Levent Nazifoğlu tutduğu postdan azad olunub. O, şəxsi istəyi ilə vəzifəsindən getdiyini bildirib.

"Çox yorulmuşam. Bu futbol ortamını heç bəyənmədim. Çoxu maska taxır. Mən məska taxmaq istəmirəm, özüm istefa verdim. Türk futbolu ilə ayaqlaşa bilmədim. Bu istefalardan dərs alsınlar. Eqolarını deyil, "Galatasaray"ı ön planda tutsunlar. Tudora mövsümün əvvəlində şans verilməli idi. Rikerink gedincə hər şeyin düzələcəyini güman etmişdilər. İdarə heyətində Dursun Özbeki yanlış yönləndirən iki adam var. Adlarını çəkməyəcəm. Bundan sonra heç bir idarə heyətində yer almayacam" - Nazifoğlu deyib.

Qeyd edək ki, "Galatasaray" prezidenti Dursun Özbek mediaya çox açıqlama verən Nazifoğluna danışmaq qadağası qoymuşdu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.