Canavarlar mal-qaraya hücum etdi - UCARDA

20 марта 2017 14:06

Day.Az представляет новость на азербайджанском языке

Ucar rayonunda canavarlar mal-qaraya hücum edib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Lək kənd ərazisində yerləşən otlaq sahəsində baş verib.

Kənd sakini Mahmud Səlimovun fərdi təsərrüfatındakı iri buynuzlu heyvana gündüz saatlarında hücum edən canavar bir baş inəyi parçalayaraq tələf edib. Hadisədən bir gün əvvəl isə kəndin digər sakini Arif Qənbərovun fərdi təsərrüfatındakı mal-qaraya hücum edən vəhşi heyvanlar bir baş inəyini və qonşunun iki baş xırda buynuzlu heyvanını yaralayıblar.
 
Sakinlər analoji hadisələrin tez-tez baş verdiyini, bu cür halların qarşısını almaqda aciz olduqlarını bildirirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.