"Niva" yaradıcısı öldü

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın məşhur "Niva" markalı avtomobilinin yaradıcısı Petr Prusov ölüb.

Day.Az APA-ya istinadən xəbər verir ki, P. Prusov 76 yaşında vəfat edib.
 
P. Prusov 1972-ci ildə  "Niva" layihəsinin rəhbəri təyin edilib. "Niva"-nın ilk kütləvi istehsalına 5 aprel 1977-ci ildə başlanılıb. "Niva" dünyanın 110 ölkəsində satılıb, bir zaman avtomobilin 70 faizi ixrac edilib.
 
P. Prusov 1998-ci ildən 2003-cü ilə, yəni pensiyaya çıxana qədər  "AvtoVAZa" avtokonserninin baş mühəndisi olub. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.