Bakıda 30 min manatlıq qızıl-zinət əşyaları oğurlandı

Day.Az представляет новость на азербайджанском языке

Bakı şəhərində evdən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Day.Az report.az-a istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1986-ci il təvvəllüdlü Rəmail İsmayılovun Süleyman Sani Axundov küçəsi, 1V ünvanında yerləşən evindən naməlum şəxs və ya şəxslər qeyri-müəyyən şəraitdə 30 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.