Avtobusların ünvan lövhələrinə reklam yerləşdirilir?

Day.Az представляет новость на азербайджанском языке

Birində hansısa bir restoran, başqa birində isə ticarət mərkəzinin adı qeyd edilib. Söhbət icitimai nəqliyyatda fəaliyyət göstərən avtobusların üzrəindəki getdiyi istiqaməti göstərən ünvan lövhələrindən gedir. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ünvan lövhələrinin bir çoxunda rəsmi idarə və küçələrin yerinə ya şadlıq evlərinin, ya da marketlərin adları qeyd edilir.

İş burasındadır ki hətta elə ünvanlarda qeyd edilir ki, həmin müəssisə hazırda yoxdur yaxud adı dəyişdirilib. Daşıyıcı şirkətlər bildirirlər ki, özəl müəssisələrin adlarının qeyd edilməsinin səbəbi həmin ünvanların daha çox bu adlarla tanınmasıdır.

Ekspertlər qanunvericilikdə bu lövhələrdə hansı ünvanların qeyd edilməli olduğuna dair hər hansı nüansın olmadığını bildirirlər. Onların fikirincə ünvan lövhələrində bu cür kommersiya məqsədli reklamların əvəzinə milli tarixi məkanların adları qeyd edilsə daha yaxşı olar. Əksər böyük şəhərlərin praktikasında da məhz küçələr tarixi məkanlar abidələr yaxud dövlət qurumlarının adları gtöstərilir.

 

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, tələblərə əsasən hər bir avtobusun qarşısında və yan tərəfində marşurut xətti ilə bağlı məlumat lövhələri olmalıdır. Bu lövhələrdə marşurut xəttinin başlanğıc və son nöqtələri mütləq göstərilməlidir. O ki, qaldı marşurut boyunca yerlşəşən özəl müəssisələrin adlarının qeyd edilməsinə, qurum bildirir ki, əgər həmin müəsisələr əksər insan tərəfindən tanınırsa, onların adlarının qeyd olunmasında heç bir problem yoxdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Avtobusların ünvan lövhələrinə reklam yerləşdirilir?