Azərbaycanda donorların verdiyi qanın miqdarı artıb

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı artıb.

Day.Az Trend-ə istinadən bildirir ki, 2010-cu ildə 19,5 ton, 2015-cü ildə 33 ton qan tədarük olunub.

2016-cı ildə isə tədarük olunan qanın miqdarı artaraq 36 tondan çox olub.

Hazırda ölkə üzrə tibb müəssisələrinin və xəstələrin təhlükəsiz donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.