Goranboyda iki avtomobil toqquşdu: 4 yaralı

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Goranboy-Balakürd kənd yolunda "Niva" və "VAZ2109" markalı minik avtomobilləri toqquşub.

Day.Az APA-ya istinadən xəbər verir ki, qəza zamanı 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xəsarət alan şəxslər Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti orta-ağır, birinin vəziyyəti normal qiymətləndirilir.
 
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.