Bəzi rayonlara qar yağıb

Day.Az представляет новость на азербайджанском языке

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 21-dən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçməyə başlayıb. Belə ki, bəzi dağlıq ərazilərdə qar yağıb. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı düşüb.

Day.Az modern.az-a istinadən bildirir ki, ötən axşamdan Lerik, Quba, Daşkəsən və daha bir sıra rayonlarının dağlıq və dağətəyi kəndlərinə qar yağıb.

Bəzi sosial şəbəkə istifadəçiləri adları çəkilən rayonlarda yağan qarın şəklini çəkərək, paylaşıblar...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində qeyri-sabit hava şəraitinin martın 25-dək davam edəcəyini proqnozlaşdırıb...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.