"Azərbaycanla oyun bizim üçün çox vacibdir" - Tomas Müller

21 марта 2017 14:18

Day.Az представляет новость на азербайджанском языке.

"Həm İngiltərə ilə yoldaşlıq görüşü, həm də Azərbaycan millisi ilə rəsmi matç bizim üçün çox vacibdir".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Almaniya milli komandasının və "Bavariya" klubunun futbolçusu Tomas Müller "dfb.de"-yə müsahibəsində deyib.
İyirmi səkkiz yaşlı hücumçu bildirib ki, yoldaşlıq görüşü emosional nöqteyi-nəzərdən əhəmiyyətlidir. Çünki İngiltərə ilə qarşılaşmada hazırda Türkiyə "Qalatasaray"ında çıxış edən Lukas Podolskinin Bundestimlə vidalaşacaq: "Biz evdə oynayacağıq və bu görüş Podolski üçün xüsusi önəm kəsb edəcək. Biz də bunu qeyd edəcəyik. Bazar günü isə rəqabət xarakterli oyuna çıxacağıq. Beləliklə, hər iki görüş çox önəmlidir. Hətta bunlardan birincisi yoxlama xarakteri daşısa belə".
Qeyd edək ki, Bundesliqadakı ötən tur matçında "Bavariya" Mönhenqladbaxda "Borussiya"nı 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu məhz Müller vurub. Təcrübəli forvard həm yığma, həm də klubunun düşərgəsinə sevinc hissləri ilə yollanmaq istədiyini bildirib: "Ona görə də ola bilsin, Bundesliqadakı hazırkı fasilə kifayət qədər yaxşı vaxtda seçilib".
Qeyd edək ki, Almaniya millisi İngiltərə ilə martın 22-də Dortmundda, Azərbaycanla yığması ilə martın 26-da Bakıda üz-üzə gələcək.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.