"İlk dəfədir ki, mənə söz atan insanları ürəkdən bağışladım" - Brilliant Dadaşova

Day.Az представляет новость на азербайджанском языке

Xəbər verdiyimiz kimi xalq artisti Brilliant Dadaşova və müğənni Elton Hüseynəliyev uzun müddət küsülülükdən sonra barışıblar.

Day.Az big.az-a istinadən bildirir ki, sənətçi barışdığı həmkarı ilə maraqlı etiraf edib.

O ilk dəfədir küsülü qaldığı insanları bağışladığını söyləyib: "Həyatımda ilk dəfədir ki, heç gözləmədiyim halda mənə xoşagəlməz sözlər atan insanları ürəkdən bağışladım. Bunu qəlbən hiss edirəm. Bizim vaxt ilə Yeni ildə hamımıza Allahdan kömək diləyi il bayramımız mübarək olsun".

Qeyd edək ki, Elton Hüseynəliyev Brilliant Dadaşovanı paxıl müğənni adlandırmışdı. Xalq artisti isə onunla barışmayacağını bildirmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.