Məşhur türk yazar vəfat etdi - FOTO

21 марта 2017 14:22

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin ən məşhur media nümayəndələrindən biri olan Tayfun Talipoğlu vəfat edib.

Day.Az big.az-a istinadən bildirir ki, "Anadolu insanının səsi" kimi tanınan yazar 55 yaşında dünyasını dəyişib.

Talipoğlunun bu gecə saat 01.00-də evində birdən-birə vəziyyəti pisləşib və yerə yıxılıb. Evdə olan dostu təcili yardım çağırıb və onu xəstəxanaya aparıblar. Lakin həyatını xilas etmək mümkün olmayıb.

Tayfun Talipoğlunun oğlu Candaş Talipoğlu bildirib ki, atası 3-cü dəfə infarkt keçirib.

Məşhur yazar "Milliyət" qəzetində, ATV və NTV telekanallarında çalışıb. Eyni zamanda "Takvim", "Yeni Yüzyıl", "Cumhuriyet" qəzetlərinin köşə yazarı idi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.