Avropalı deputatların Dağlıq Qarabağda qanunsuz müşahidəçilikləri müzakirə edildi

Day.Az представляет новость на азербайджанском языке

Milli Məclisin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avropa Parlamentində səfərdə olub.

Milli.Az xəbər verir ki, səfər zamanı Fuad Muradov Avronest PA-nın həmsədri, "Yaşıllar" siyasi qrupunun üzvü, almaniyalı deputat xanım Rebekka Harms ilə  görüşüb. Görüş zamanı Avropa Parlamentinin üç deputatının Dağlıq Qarabağa qanunsuz səfəri və AP adından istifadə edərək oradakı qeyri-leqal referendumda qanuna zidd müşahidəçilik etmələri və üstəlik bəyanat yaymaları müzakirə edilib.


Xanım Harms avropalı deputatların saxta seçki müşahidələrində iştirakını AP-nin böyük hissəsi tərəfindən pisləndiyini və bunun gələcəkdə baş tutmaması üçün deputatların təlimatlandırıldığını bildirib.

Bundan əlavə, tərəflər Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin gələcək planları, AP ilə əlaqələrin möhkəmləndirilməsi prespektivləri və bu sahədə qarşıda duran çətinliklərin aradan qaldırılması məsələlərinə də toxunublar.

Görüş zamanı Fuad Muradov Azərbaycan prezidenti İlham Əliyevin fevralda Brüsselə səfərindən sonra Aİ ilə əlaqələrdə xüsusi canlanma yarandığını, martın əvvəlində AP-də baş tutan konfransın isə bunun davamı olduğunu diqqətə çatdırıb. Harms isə Azərbaycanın Avronest PA-da olmasının Azərbaycanın AP ilə əlaqələrində çox önəmli rolu oynadığı qeyd edib.

Səfər çərçivəsində Fuad Muradov AP-də "Sosialistlər və Demokratların Tərəqqi Birliyi" siyasi qrupunun vitse-prezidenti Viktor Boştinaru ilə də görüşüb. Görüş zamanı Azərbaycan -Rumıniya əlaqələri, Rumıniya üçün də çox vacib olan yeni enerji layihəsi, bu siyasi qrupla əməkdaşlıq, AP üzvlərinin işğal edilmiş ərazilərə qanunsuz səfərləri, Dağlıq Qarabağ münaqişəsi və AP-nin Azərbaycana daha çox diqqət ayırmasının vacibliyi qeyd edilib. Cənab Boştinaru Dağlıq Qarabağ və keçmiş Sovet ölkələrindəki digər münaqişələrin eyni xarakterdə olması və eyni məqsədlərə xidmət etməsi, bütün münaqişələrə eyni cür yanaşılmasının lazım olduğunu bildirib. O, həmçinin Aİ-nin enerji təchizatının müxtəlifliyinin əhəmiyyəti, Qara dənizdəki siyasi və hərbi vəziyyət, Azərbaycanın AP ilə həm sosialistlər, həm də digər siyasi qüvvələr vasitəsilə əməkdaşlığının vacibliyinə toxunub.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.