Avtomobil 50 yaşlı kişini vurub

Day.Az представляет новость на азербайджанском языке

Hacıqabulda avtomobil piyadanı vurub.

Day.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində, Muğanlı qəsəbəsində  "Mercedes" markalı avtomobil 1967-ci il təvəllüdlü İsmayılov Elman Əlimayıl oğlunu vurub.

Qapalı kəllə-beyin travması alan piyada xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.