Çeçenistanda polisə hücum edən 6 silahlı öldürüldü

Day.Az представляет новость на азербайджанском языке

----------
12:16

Terrorçular Çeçenistanda Rusiya Milli Qvardiyasına məxsus hərbi hissəyə hücum ediblər.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, hücum nəticəsində hərbi qulluqçular arasında ölən və yaralananlar var.

Hücumu nəticəsində 6 hərbi qulluqçu həlak olub.

Trend-in məlumatına görə, regiondakı güc qurumlarındakı mənbə RİA Novosti-yə bildirib ki, 3761 saylı hərbi hissəyə basqın nəticəsində daha 3 hərbi qulluqçu xəsarət alıb.

RF Milli Antiterror Komitəsinin məlumatında isə deyilir:

"Bu gün gecə təqribən saat 02:30-da 6 naməlum şəxs Rusiya Qvardiyasının hərbi hissəsinə silahlı hücum ediblər. Silahlı qarşıdurma nəticəsində dəstə üzvləri zərərsizləşdirilib".

----------
10:41

Çeçenistanın Naur qəsəbəsindəki Rusiya Milli Qvardiyası hissəsinin ərazisinə keçməyə cəhd etmiş səkkiz silahlıdan altı nəfəri öldürülüb.

Day.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanlarından bildirilib.

Hadisə ötən gecə yerli vaxtla saat 2 ilə 3 arasında baş verib. "Altı silahlı öldürülüb, ikisi qaçıb gizlənib", - mənbə qeyd edib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.