Məryəm kişilərin yanında başıaçıq gəzdi, cəzalandırıla bilər - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Səudiyyə Ərəbistanında ictimai yerdə baş örtüksüz foto çəkdirən Məryəm Üzərli cəzalandırıla bilər.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur aktrisa öz adını daşıyan kosmetika firmasının nümayişi üçün Səudiyyə Ərəbistanında olub və qadınlarla görüşüb.
Səfər boyunca qanunlara uyğun olaraq başı bağlı olan aktrisa son görüşdə başıaçıq foto çəkdirib. Belə ki, kişilərin də olduğu bir tədbirdə Üzərli və bir neçə ərəb qadın başı açıq oturub. Ölkə qanunlarına görə, ictimai yerlərdə, xüsusilə də kişilərin olduğu məkanlarda qadınların örtüksüz gəzməsi qəti qadağandır. Belə olduğu halda qamçılanmaq və buna bənzər bir çox ciddi cəzalar verilir.
Aktrisa ölkədən çıxana kimi həmin fotolar ölkə rəhbərliyinə çatsa, Uzərli cəzalandırıla bilər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре