Tanınmış aktyor ayrılma xəbərindən danışdı

Day.Az представляет новость на азербайджанском языке

Aktyor Rayan Qoslinq verilişlərdən birində müsahibə verib.

Day.Az axşam.az-a istinadən bildirir ki, o, aktrisa Eva Mendesdən ayrılmadığını və münasibətlərinin əvvəlkindən daha möhkəm olduğunu bildirib.

"Evanın "Oskar"da mənimlə olmamağı bizim ayrılmağımız kimi başa düşülüb. Amma bu, belə deyil. Sadəcə, Mendes qırmızı xalçanı sevmir. O, həmin an evdə oturub körpələrimizə baxırdı. Ümumiyyətlə, bu aralar Eva mənə çox dəstək olub. Mən "La La Land" filminə çəkiləndə o, qızlarımız Esmiralda və Amandanın qayğısına qalıb. Həmin vaxt onun böyük qardaşı rəhmətə getdi. Amma yenə məni çəkilişlərdən yayındırmadı. Baxın, mən indi onun sayəsində sizə müsahibə verirəm", - Rayan vurğulayıb.
  
Qeyd edək ki, bir müddət əvvəl cütlüyün ayrılmağı ilə bağlı xəbərlər yayılmışdı. Məlumata görə, Eva Rayanı "La la Land" filmində çəkilən Emma Stouna qısqandığı üçün tərk edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.