Villa, avtomobil, gəmidən sonra daha bir bahalı hədiyyə

Day.Az представляет новость на азербайджанском языке

2015-ci ildə biznesmen Necat Gülsevenlə ailə quran müğənni  Ebru Yaşar bu dəfə də bahalı hədiyyəsi ilə gündəmə gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu il "Sevgililər günü"ndə əkiz uşaq dünyaya gətirən Ebruya Necat dəyəri 200 min lirə (təxminən 95 min AZN) olan üzük alıb.

Qeyd edək ki, cütlük 2015-ci ilin 26 iyununda ailə qurub. 2 ildə əri ifaçıya 500 min lirəlik tək qaş üzük, 1 milyon lirəlik "Maserati" markalı avtomobil, Bodrumda 10 milyon lirəlik hovuzlu villa, və bir gəmi hədiyyə edib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.