Xalq artistindən AĞIR İTTİHAM: "Uşaq-muşaq gəlib serial üçün ssenari yazanda…"
Day.Az представляет новость на азербайджанском языке
Xalq artisti, tanınmış aktrisa Elmira Şabanova Azərbaycanda çəkilən serialları tənqid edib.
Day.Az xəbər verir ki, yeniçağ.az-a açıqlama verən aktrisa yerli ekran əsərlərində əksər süjetlərin Türkiyə seriallarından oğurlandığını iddia edib:
"Mən adətən əcnəbi və Türkiyə kanallarına baxıram, arada öz kanallarımıza çevirirəm. Yerli seriallara baxıram, çünki aktrisa olaraq mənə çəkdiklərimiz maraqlıdır. Görürəm, hətta musiqi, qəhrəmanların istifadə etdikləri sözlər belə türk seriallarından oğurlanıb. "Kara sevda"da eşitmişəm o musiqini. Seriallarda sünilik çoxdur. ATV-də nümayiş olunan "Günəşim ol" serialı var. Kənd həyatından bəhs edir, amma baxırsan ki, kasıb adam villada lüks həyat yaşayır. Yenə biznesmen olsaydı, inandırıcı olardı.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре