İnstaqram-da YENİLİK

Day.Az представляет новость на азербайджанском языке

İnstaqram sosial şəbəkəsində təhlükəsizlik tədbirləri bir qədər də artırılıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq şəbəkədə həssas foto və videolar paylaşmaq mümkün olmayacaq.

Belə ki, insanları narahat edən paylaşımlar müəyyən edildikdən sonra həmin foto bulanıq hal alıb görünməyəcək. Şikayət əsasında bulanıq olan fotolarda "şəkli gör" sözlərinə toxunmaqla baxmaq istəyib-istəmədiyinizə özünüz qərar verəcəksiz.

Qeyd edək ki, əvvəllər bu cür paylaşımlar ya silinirdi, ya da onlara müəyyən senzura tətbiq olunurdu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.