Hacıqabulda minik və yük avtomobilləri toqquşdu: bacı-qardaş xəsarət aldı

Day.Az представляет новость на азербайджанском языке

Hacıqabul rayonunda minik və yük avtomobilləri toqquşub, nəticədə bacı və qardaş yaralanıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisində "Opel" markalı, 99 DA 226 dövlət nömrə nişanlı avtomobil "KamAZ" markalı, 24 BE 964 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilində olan sərnişinlər - Lənkəran rayonunun Nüvədi kənd sakinləri, 1969-cu il təvəllüdlü Məmmədova Yeganə Şöyüb qızı və onun qardaşı, 1963-cü il təvəllüdlü Məmmədova Atəş Şöyüb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.