Bir qəhvəyə görə yollar bağlandı, polis ayağa qaldırıldı

Day.Az представляет новость на азербайджанском языке

Moskvada polis mağazaların birindən bir banka qəhvə oğurlamış şəxsi saxlayıb.

Day.Az virtualaz.org-a istinadən bildirir ki, polisə oğurluqla bağlı məlumat verilən kimi cinayətkar barədə məlumat bütün polis postlarına ötürülüb, yollar bağlanıb, avtomobilləri yoxlamağa başlayıblar.

Moskva metrosunun "Babuşkinskaya" stansiyasının yaxınlığında 5 polis avtomobili şübhəlinin olduğu güman edilən maşını əhatəyə alıb və iki nəfəri saxlayıb.

Saxlanılan şəxs özünü törədilmiş hadisədə günahkar bilmədiyini deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bir banka qəhvəyə görə yollar bağlandı, polis ayağa qaldırıldı