Gürcüstan-Azərbaycan sərhədində görünməmiş tıxac - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Novruz bayramı ilə əlaqədar minlərlə insan istirahət məqsədi ilə qonşu Gürcüstana üz tutub.
Bayram ərəfəsində Azərbaycandan Gürcüstana keçiddə ciddi problemlər yaşanıb.
Əldə etdiyimiz məlumatda qeyd olunur ki, təxminən 400-500 avtomobil "Sınıq körpü" sərhəd keçid buraxılış məntəqəsində növbə gözləyib. Bunun səbəb isə ölkə əhalisinin bir qisminin Novruz bayramını qonşu Gürcüstanda keçirmək istəyi ilə bağlı idi.
İnformasiyada, həmçinin o da bildirilir ki, hazırda Azərbaycana dönüşdə də Gürcüstan tərəfdə görünməmiş tıxac yaranıb. Milli.Az bildirir ki, gununsesi.info-nun əməkdaşının verdiyi xəbərə görə, tıxacın uzunluğu təxminən, 2-3 kilometrdir. Məhz elə bu səbəbdən də sürücülər sərhədi keçmək üçün bir neçə saat gözləməli olurlar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре