Polina Rəhimova Yaponiyada qalib oldu

Day.Az представляет новость на азербайджанском языке

Bu gün qadın voleybolçular arasında Yaponiya çempionatının ən yaxşılarının mükafatlandırılması mərasimi keçirilib.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, "Toyota"nın şərəfini qoruyan Azərbaycan millisinin hücumçusu Polina Rəhimova da fərqlənənlər sırasında olub.

Çempionatı titulsuz başa vuran voleybolçumuz "altılar finalı"nın simvolik yığmasında yer alıb. O, mübarizəni dayandırdıqları həlledici mərhələnin ən yaxşı hücumçusu və topu oyuna ən yaxşı daxil edəni seçilib.  
 
Yaponiya çempionatının qalibi NEC olub. Onlar final mərhələsində "Hisamitsu"nu hər 2 qarşılaşmada 3:2 hesabı ilə məğlub ediblər. İlk "üçlüy"ü isə "Hitaçi" qapayıb.
 
Qeyd edək ki, Polina çempionatın əsas hissəsində də ən yaxşılar sırasında yer almışdı. O, ötən il də Yaponiyanın simvolik yığmasına düşmüşdü. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.