"Sənin sayəndə qadın olmağımla qürur duymuşam"

Day.Az представляет новость на азербайджанском языке

Aparıcı Vüsalə Əlizadənin anasının ad günüdür.

Axşam.az-ın məlumatına görə, aparıcı 57 yaşı tamam olan anasını sosial şəbəkədə təbrik edib.

V.Əlizadə bunları yazıb:

"Bu gün mənə həyat verən həyatımın günüdür. Sağlığında cənnəti qazanmış qadın. Canıma can, gücümə güc, yaşamağıma stimul verən qadın. Həsəd aparılan, qibtə olunan, səbrinə, dözümünə, qüruruna aşiq olduğum qadın. Fədakar ana, güclü olmağı öyrəndiyim qadın. Sənin sayəndə qadın olduğumla qürur duymuşam. Sənin sayəndə cənnət payı balama qovuşmuşam. Bəyaz saçının telinə, üzündəki illərin zəhmətinə, əlinin qəbərinə qurban olum. Allah evimi sənsz etməsin, hər qapımı açanda narahat baxışlarla yolumu gözləməyin bir ömür boyu nəsib olsun mənə. Bir canını iki dəfə mənimlə bölüşən mələyim".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.