Aktrisa bu haqda ilk dəfə danışdı: "Cəmi 18 yaşım var idi"

Day.Az представляет новость на азербайджанском языке

Aktrisa Hande Ataizi "Kırlangıç Fırtınası" serialına çəkilməməsinin səbəbini açıqlayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 43 yaşlı aktrisa təklifi qəbul etməməyinin serialda rol alan keşmiş həyat yoldaşı, aktyor Fikrət Kuşkanla heç bir əlaqəsinin olmadığını söyləyib:

"Təklifi ssenariyə görə qəbul etmədim. Fikrətlə heç bir əlaqəsi yoxdur. Bizim aramızda münasibət olanda mən 18 yaşında idim".

Xatırladaq ki, bir müddət əvvəl yayılmış xəbərlərə görə, Hande serialda Fikrət oynadığını bildiyi üçün dərhal "yox" cavabını verib.

Kuşkan "Üstündən xeyli vaxt keçib, mənim üçün problem yoxdur" desə də, amma Ataizini razı salmaq mümkün olmayıb.

Qeyd edək ki, cütlük 4 il böyük eşq yaşayıb. 2012-ci ildən isə aktrisa Benjamin Harvey ilə ailə qurub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.