Hadisə sevgilisini qapı arxasında saxladı

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Hadisənin iş adamı Hakan Sabancı ilə sevgili olması yenidən gündəmə gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük restoranlardan birində yemək yeyib. Murad Boz və Aslı Enverin də onlarla birgə olduğu bildirilir.

Bir neçə saat birgə əylənən cütlüklər məkanı ayrı-ayrı tərk ediblər.

Hakan fotoqrafların hədəfinə düşməmək üçün avtomobilini məkanın girişinə kimi sürüb.
 
Daha sonra Hadisəni evinə aparan gənci müğənni içəri buraxmayıb. O, yenidən avtomobilinə minərək ərazidən uzaqlaşıb.

Qeyd edək ki, Hadisənin 31, H.Sabancının isə 25 yaşı var. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.