Fransada metroda atışma: yaralananlar var

Day.Az представляет новость на азербайджанском языке

Fransanın Lill şəhərində naməlum şəxs metro stansiyasında atəş açıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, insident nəticəsində azı 3 nəfər xəsarət alıb.
 
Şahidlər ən azı 5 dəfə atəşin açıldığını bildiriblər. Atəş açan şəxs hadisə yerindən qaçıb.
 
Yerli mətbuat atışmanın cinayətkar qruplaşmalar arasında daxili hesablaşma nəticəsidə baş verdiyini ehtimal edir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.