Kəndə hücum: 50 ölü

Day.Az представляет новость на азербайджанском языке

Mərkəzi Afrika Respublikasında bir qrup silahlı adamların kəndə hücumü nəticəsində azı 50 nəfər ölüb, onlarla adam yaralanıb.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Frans Press agentliyi xəbər verir.

Agentliyin məlumatına görə, mərkəzi Bambari regionunda yerləşən üç kənd silahlı qruplaşmaların hücumlarına məruz qalmış, 50 nəfər həlak olub.

Hücum edənlərin məqsədləri məlum deyil, qeyd olunur ki silahlı adamlar fərq qoymadan hamını atəşə tutub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.