ABŞ-da təyyarə yaşayış evinin üstünə düşdü

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Atlanta şəhəri yaxınlığında (Corciya ştatı) yüngülmotorlu təyyarə yaşayış evinin üstünə düşüb.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalı xəbər verib.
 
İlkin məlumata görə, hadisə nəticəsində təyyarədə olan 1 nəfər ölüb, fərdi yaşayış evi yanıb.
 
Hadisə zamanı yaşayış evində heç kim olmayıb. Təyyarədə neçə nəfər olduğu və digər təfərrüatlar barədə, hələ ki, məlumat yoxdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
В США в штате Джорджия самолет врезался в жилой дом