Futbolçunun ayağı qırıldı

Day.Az представляет новость на азербайджанском языке

İrlandiya millisinin kapitanının Uelslə matçda ayağı sınıb

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən İrlandiya-Uels oyununda meydan sahiblərinin kapitanı Şeymus Koulman ağır zədələnib.

APA-nın məlumatına görə, top uğrunda mübarizədə Uels yığmasının müdafiəçisi Nil Teylor İngiltərənin "Everton" klubunda forma geyən Şeymus Koulmanın sağ ayağına zərbə endirib.

Matçdan sonra  irlandiyalıların  baş məşqçisi Martın Onil Şeymus Koulmanın ayağının sındığını bildirib.

Qeyd edək ki, epizoddan sonra Nil Teylor birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. İrlandiya-Uels matçı 0:0 hesabı ilə başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

İrlandiya millisinin kapitanının Uelslə matçda ayağı sındı