Ərdoğan Tillersonla görüşəcək

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edəcək.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
 
"Dövlət katibi martın 30-da Türkiyənin paytaxtı Ankaraya səfər edəcək. Səfər çərçivəsində R.Tillerson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslərlə görüşəcək", - məlumatda deyilir.
 
Məlumatda, həmçinin bildirilir ki, Reks Tillerson Ankaradan Belçikanın paytaxtı Brüsselə yollanacaq. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.