Tolik əkizlərlə işbirliyinə son qoydu

Day.Az представляет новость на азербайджанском языке

Prodüser Tarix Əliyev (Tolik) uzun müddətdir çalışdığı Sevil və Sevinc Səfərova bacıları ilə yollarını ayırıb.

Axşam.az-ın məlumatına görə, bu haqda Tolik özü xəbər verib.

O bildirib ki, müğənnilərlə dostluq münasibətləri davam edəcək:

"Bu gün gəldi çatdı... Sevil və Sevinclə 1 ildən çox çalışdıq, bu gün ikitərəfli qərarla işbirliyimizə son qoyduq. Biz yenə danışacağıq, görüşəcəyik, çünki ən azından qonşuyuq. İşlədiyimiz müddətdə işlərimiz olub, məncə pis də alınmayıb. Amma bəzi məqamlar var ki, onlara da, mənə də seçim haqqı verilib. Çoxdan bu addımı atmaq istəyirdim. Bəzi şeylər qarşımı alırdı. Şükür ki, qızlarım da bunu anladılar".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.