ABŞ-da küçədə atışma: yeniyetmə öldü, uşaq ağır yaralandı

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində baş verən atışma nəticəsində bir yeniyetmə həlak olub, altı nəfər yaralanıb.

Day.Az report-a istinadən xəbər verir ki, naməlum şəxslər küçədə toplaşmış bir qrup şəxsə yaxınlaşaraq onlara atəş açıblar.

Nəticədə 15 yaşlı yeniyetmə həlak olub. Yaralananlardan 8 yaşlı uşağın vəziyyəti ağırdır. 

 

İstintaq atışmanı üç nəfərin törətdiyini güman edir. Atəş açan şəxslər hadisə yerindən qaçıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.