Hər gün bir selfie çəkməniz sizi xöşbəxt edə bilər

Day.Az представляет новость на азербайджанском языке

Sən demə xoşbəxtlik barmaqlarınızın ucundadır

University of Kaliforniyada edilən yeni bir araşdırmaya görə, selfie çəkmək əhvalınızı yaxşılaşdıra bilər.

Mütəxəssislər, iştirakçıları 3 ayrı qrupa ayırmış və 3 həftə boyunca gündə 1 ədəd fotoşəkil çəkmələrini istəyiblər.

İlk qrup gülərkən selfie çəkmişdir. İkinci qrup, özlərini xoşbəxt edən şeyləri çəkmişdirlər. Üçüncü qrup isə özlərindən çox başqa birini xoşbəxt edəcəyini düşündükləri fotoşəkillər çəkmiş və çəkdikləri fotoşəkili də o adama göndərmişdir.

Hər bir qrupdakı iştirakçıların xoşbəxtlik səviyyələrində ümumi olaraq artım yaşanmışdır. Lakin bu xoşbəxtlik səviyyəsinin, çəkilən fotoşəkilə görə dəyişdiyi ortaya çıxmışdır.

Məsələn, selfie qrupundakı iştirakçıların özlərinə olan güvənlərinin, gülüşlərinin saxta olduğunu bilsələr belə artım göstərdiyi müşahidə olunmuşdur.

Özünüzü müsbət bir üz ifadəsinə sahibkən görmək, stress hormonu olan kortizolun səviyyəsini aşağı salır və özünüzü daha xoşbəxt, daha rahat hiss etmənizi təmin edə bilir.

İkinci qrupdakı insanlar, həyatın müsbət istiqamətində daha yaxşı rol alıblar.

Sizi xoşbəxt edəcək kiçik şeylərə yönəltmək üçün özünüzə zaman ayırdığınızda da özünüzü xoşbəxt hiss edirsiniz.

Əgər bu fotoşəkilin sevdiyiniz birini xoşbəxt edəcəyini düşünürsünüzsə, bunu heç düşünmədən göndərin. Paylaşmanıza da ehtiyac yoxdur. Bunlar hamısı sizi xöşbəxt edəcək.

Adem.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.