7 yaşlı azərbaycanlı "Brüs Li" - Onu siz də tanıyın

Day.Az представляет новость на азербайджанском языке

7 yaşlı Əli Səfərov həm hərəkətləri, həm də görünüşü ilə özünü çinli əfsanəyə bənzədir.

Əli Səfərov 4 ildir hər gün çox sevdiyi idamçı - aktyorun kinolarına baxıb, ona bənzəmək üçün dəridən- qabıqdan çıxır.
Balaca Brüs Li dayanmadan 10-dan artıq pres və jim vura bilir.
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, hətta Brüs Li kimi 2 barmağının üstündə tək əllə jim edir.
Bir çox idmançının belə bacarmadığı Brüs Liyə məxsus bu hərəkəti isə daha həyəcanlıdır.
Balaca Əli kumirinə oxşamaq üçün bədənini də unutmayıb.
Əlinin atasının sözlərinə görə, oğlunun qollarını bükmək də çətindir.
Balaca Brüs Linin idmana həvəsi çox olasa da, dərslərlə arası yaxşı deyil. 1-ci sinifdə təhsil alan Əlinin arzusu Brüs Li kimi tanınmış və güclü bir idmançı olmaq və tanınmaqdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
7 yaşlı azərbaycanlı Brüs Li