İmişlidə yol qəzası: xəsarət alan var

Day.Az представляет новость на азербайджанском языке

İmişlidə yol qəzası nəticəsində sürücü xəsarət alıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, rayonun Bəcrivan kəndində "Mercedes" markalı minik avtomobilinin sürücü 1980-ci il təvəllüdlü Hüseynov Eldəniz Famil oğlu idarəetməni itirib. Nəticədə avtomobil dərəyə aşıb.
Sürücü müxtəlif xəsarətlərlə İmişli mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.