Almanların rekordu Bakıda

Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Almaniya yığmasını qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyunda ilk qol almanlardan gəlib - 19-cu dəqiqədə Andre Şürrle fərqlənib. 31-ci dəqiqədə Dmitri Nazarovun qapının sağ küncünə zərbəsi dəqiq olub - 1:1. Bu, təqribən son 9 ayda Almaniya komandasının buraxdığı ilk qol olub.

Lakin 5 dəqiqə sonra Tomas Müller yenidən rəqibi önə keçirib. İlk hissənin sonunda isə millimizi Mario Qomes məyus edib.

İkinci hissədə komandamız daha fəal oyun sərgiləsə də, 81-ci dəqiqədə qapıda daha bir qol görüb: A.Şürrle - 1:3.

Xatırladaq ki, millimiz növbəti oyununu iyunun 10-da Bakıda Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycan - Almaniya 26.03.2017 Nazarovun qolu