"Eurovision" təmsilçimizin promo çəkilişindən

Day.Az представляет новость на азербайджанском языке

"Eurovision 2017" təmsilçimiz Diana Hacıyevanın tanıtım çarxının çəkilişlərinə başlanılıb.

Day.Az-ın Axşam.az-a istinadən məlumatına görə, müğənni çarxda "INFE Azerbaijan"fan klubunun üzvləri ilə birlikdə yer alıb.

Çəkilişlərin bir hissəsi Bakıdakı klubların birində, yarısı isə müsabiqəyə ev sahibliyi edən Kiyev şəhərində çəkilib.

Xatırladaq ki, "Eurovision"nun yarımfinalları Ukraynanın paytaxtı Kiyevdə 9 və 11 may, finalı isə 13 may tarixində baş tutacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.