ABŞ-da körpələrinə Allah adını vermək istəyən bir ailənin müraciəti rədd edilib

Day.Az представляет новость на азербайджанском языке

Amerika Birləşmiş Ştatlarının Corcia ştatında körpələrinə Allah adını vermək istəyən bir ailənin müraciəti rədd edilib. Ailə hüquqlarının tapdalandığı qənaətindədir.

Bilal Valk və Elizabet Handy 22 ay əvvəl doğulan qız körpələri Zalyxa Qraseful Lorraina "Allah" soyadını vermək istəyib.


 
Sağlamlıq Cəmiyyəti isə körpənin ana, ya da atasının soyadlarından birini, və ya iki soyadın birdən verilməsinin qanunauyğun olduğunu bildiriblər.
 
Elizabet Handy və Bilal Valk isə körpənin rəsmi olaraq soyadsız qaldığını deyərək qərara etriaz ediblər.
 
Amerikan Vətəndaş Azadlıqlar Birliyi (ACLU) ailə adından əyalət rəhbərliyinə iddia açıb.
 
Bilal "Atlanta Journal-Constitution"a etdiyi açıqlamada "uca" olduğu üçün körpələrinə Allah soyadını vermək istədiklərini qeyd edib və "Bu, ədalətli deyil, haqqımız tapdalandı" deyib.
 
Ancaq əyalət vəkilləri qanunun dəqiq olduğunu və doğum qeydləri üçün körpələrin valideynlərinin soyadlarını daşımasının zəruri olduğunu qeyd ediblər.
 
İddiaya görə, rəsmi nikahı olmayan cütlüyün Masterful Mosirah Aly Allah adlı bir oğulları var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.