BP Azərbaycanla müqavilənin müddətini uzatdı

Day.Az представляет новость на азербайджанском языке

BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Çıraq" neft platformasının idarə olunması və dəstəklənməsi üzrə xidmətlərlə bağlı Şotlandiyanın "Elite Control System" şirkəti ilə müqavilənin müddətini uzadıb.

Day.Az xəbər verir ki, bu barədə Trend "Elite Control System" şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, Şotlandiya şirkəti 20 ilə yaxındır "Çıraq" platformasının avtomatlaşdırılmış idarəetməsini həyata keçirir.

Yenilənmiş müqavilənin fəaliyyət müddəti və dəyəri barədə məlumat verilmir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.