Dünyanın ən sirli qəbiləsi tapıldı? - VİDEO - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
İndoneziyada onillərdən bəri aranan, dünyanın ən sirli qəbilənin mövcudluğunun artıq sübut olunduğu iddia edilir. Belə ki, Sumatra adasının şimalında, Banda-Açexdəki keçilməz, sıx cəngəlliklərdə yaşadığı sirli piqmey qəbiləsinin bir mənsubu tam təsadüf şəkildə videoda əks olunub.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, bir dəstə bayer Banda-Açexdəki meşəliklərdən birindən keçən yolla hərəkət edəndə torpaq yola qəflətən kiçik, uşaq boyda kişi çıxıb. Əynində "paltar" qismində yalnız palma yarmaqldarından hörülmüş qurşaq olan bu cırtdan boylu, balacaboy kişi motosikletçiləri görəndə qaçıb və yol kənarındakı kolluğa atılaraq yoxa çıxıb.
Ekspertlərin dediklərinə görə, həmin kişi dünyanın ən sirli, az qala mifik sayılan mante qəbiləsinin mənsubudur. Mantelər İndoneziyada yaşadıqları iddia olunan piqmeylərdir.
Mantelər ətraf aləmlə heç bir əlaqə saxlamır, keçilməz cəngəlliklərdə yaşayırlar. Bu qəbilə barədə ilk rəsmi məlumat 17-ci əsrdə yayılıb. Həmin vaxt iki mante qəbiləsinin 28 mənsubu tutulmuş, Banda-Açex sultanının sarayına aparılmışdı.
Alimlərin dediklərinə görə, mantelərin doğma məkanı İndoneziyanın Flores adasıdır. Piqmeylər həmin adada 50 min il əvvəl məskunlaşıblar. "Homo floresiensis" adlanan bu insanların maksimal boyu 1,1 metrdir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре